Bakıda küçədə təhlükəli vəziyyət - (Video)

6 İyul 2026 20:56

Alı Mustafayev küçəsində təhlükəli vəziyyət qeydə alınıb.

Milli.Az xəbər verir ki, sevgili olduqları iddia edilən qadın və kişi son vaxtlar aralarındakı mübahisələri dəfələrlə magistral yolda davam etdirirlər.

Sakinlərin sözlərinə görə, onlar yolun hərəkət hissəsində bir-birlərini təhqir edir və yüksək səslə mübahisə edirlər. Bu isə həmin ərazidən keçən sürücülər üçün təhlükə yaradır.

Bina sakinləri həmçinin iddia edirlər ki, sözügedən şəxslərin mütəmadi səs-küyü onların rahatlığını pozur.

Həmin anları əks etdirən videonu təqdim edirik:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)