UEFA rəhbərliyi beynəlxalq futbol təşkilatının 2027-ci ildə baş tutacaq rəhbərlik seçkisində FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya qarşı alternativ namizəd çıxarmağa hazırlaşır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, FIFA-nın ABŞ millisinin oyunçusu Folarin Baloqanın 2026-cı il dünya çempionatındakı diskvalifikasiyasını təxirə salmaqla bağlı son qərarından sonra bu kimi müzakirələr sadəcə Avropada deyil, dünyanın digər bölgələrinin futbol rəhbərləri arasında da alovlanıb. Bir çox funksioner "vəziyyətin belə davam edə bilməyəcəyini" və FIFA-nın fərqli bir idarəçiliyə ehtiyac duyduğunu düşünür.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən etibarən FIFA-ya rəhbərlik edir. Funksioner 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə də postunu qorumağı bacarıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)