Ötən il keçirtdiyi avtomobil qəzasından sonra yerimə qabiliyyətini itirən Aila Ray yenidən ayağa qalxıb.
Milli.Az xəbər verir ki, reabilitasiyaya gedən ifaçı 1 il 7 aydan sonra yenidən ayağa qalxıb. Bununla bağlı paylaşım edən ifaçı yeni-yeni addımladığını bildirib:
"Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusan, təslim olmağa tələsmə. Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım".
Qeyd edək ki, ifaçı 2025-ci ilin yanvarında Şahdağdan qayıdarkən Bakı-Quba magistral yolunda ağır avtomobil qəzası keçirib. Qəza nəticəsində beli qırılan və ağır xəsarət alan ifaçı yerimək qabiliyyətini itirib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)