Rusiyalı müğənni Anna Asti bir kəndi bütöv almasının səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, müğənni müsahibəsində bildirib ki, məqsədi onu heç kimin görmədiyi və narahat etmədiyi sakit bir məkan tapmaq olub.
"Elə bir yerə sahib olmaq istəyirdim ki, məni orada heç kim görməsin, heç kim narahat etməsin. Sanki nənəmgildə qonaq qalmışam kimi sakit və rahat yaşayım. Təəssüf ki, indi nənələrimin heç biri həyatda deyil. Mən o ab-havanı, hətta nənə evindən də çox ulu nənəmin evinin istiliyini və ruhunu yenidən hiss etmək istəyirdim" deyə müğənni bildirib. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)