Hövsanda xəsarətlə nəticələnən qəzanın anbaan (Videosu)

6 İyul 2026 18:27

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

Milli.Az oxu.az-a istinadən sözügedən görüntünü təqdim edir:

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 07:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)