Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşı Xanbala Əhmədli vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 32 yaşında dünyasını dəyişib.
Onun xərçəng xəstəliyindən öldüyü bildirilir.
Xanbala Əhmədli həmin müəssisədə Monitorinq şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)