Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

6 İyul 2026 16:12

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ailəsində sevindirici hadisə baş verib.

Milli.Az xəbər verir ki, sənətçi ikinci dəfə oğul atası olub. Xoş xəbərlə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu və həyat yoldaşı Aysel artıq iki oğul övladı böyüdürlər. Klarnet ifaçısının əvvəlki evliliyindən isə iki qızı var.

Cütlüyün övlad sahibi olması münasibətilə sənət dostları və izləyiciləri sosial şəbəkələrdə onları təbrik edərək xoş arzularını çatdırıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)