40 il sonra penalti qaçıran ilk braziliyalı oldu

6 İyul 2026 14:04

Bruno Gimaraynş 40 il sonra dünya çempionatında bir matçın əsas vaxtında penalti qaçıran ilk braziliyalı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. 

Bununla da o, "sambaçılar"ın tarixinə düşüb.  

Bundan əvvəl sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)