Xumar Qədimovadan polis atası ilə bağlı paylaşım: “Yaraşıqlı, gözəl atam!"

6 İyul 2026 11:46

Əməkdar artist Xumar Qədimovanın Azərbaycan Polisi Günü münasibətilə paylaşımı diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, mərhum atasının fotosunu bölüşüb.

Sənətçi onun polis formasında çəkilmiş görüntüsünü bu sözlərlə şərh edib :

"Yaraşıqlı, gözəl atam! Bir ömür şərəflə daşıdığın polis geyimin məni hər zaman qürurlandırdı. Polis günün mübarək olsun!".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)