Norveç millisinin hücumçusu Erlinq Holann 2026-cı il dünya çempionatında növbəti uğuruna imza ataraq mundial tarixinin rekordlarından birini təkrarlayıb.
Milli.Az xəbər verir ki, DÇ-2026nın 1/8 final mərhələsində Braziliya ilə keçirilən və Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada dubl edən 25 yaşlı forvard turnirdəki qol sayını 7-yə yüksəldib.
Bununla da Erlinq Holann debüt etdiyi dünya çempionatında ən çox qol vuran futbolçular sırasında yer alaraq 1974-cü il mundialında ilk iştirakında 7 qol müəllifi olan polşalı Qjeqoj Lyatonun rekordunu təkrarlayıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)