Rihananı toya çağırmaq istəyən cütlük mat qaldı - 10 milyon istəyir

6 İyul 2026 19:21
"TikTok"da birgə çəkdikləri videolarla geniş auditoriya qazanan Artem Melikson və Madina Karqay (kargayy) növbəti paylaşımları ilə izləyicilərin marağına səbəb olublar.

Milli.Az xəbər verir ki, cütlük yeni videoda toylarına dünya şöhrətli müğənni Rihannanı dəvət etmək istədiklərini bildirib. Kadrlarda Rihannanın komandası tərəfindən göndərildiyi iddia olunan məktub nümayiş etdirilir. Həmin məktubda sənətçinin toyda çıxış etməsi üçün 10 milyon dollar qonorar tələb olunduğu göstərilir.

Bu məbləği görən Artem və Madina təəccüblərini gizlətməyərək vəziyyəti həm "çox gülməli", həm də "absurd" adlandırıblar.

Videonun sonunda isə onlar bunu zarafatla davam etdirərək izləyicilərdən həm bu paylaşımın şərhlərində, həm də növbəti videolarında Rihannanı işarələmələrini (tag etmələrini) xahiş ediblər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)