Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

6 İyul 2026 11:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Malavi Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)