Yay fəslində insanlar istirahət planı qurur. İstirahət dedikdə isə onlar daha çox xarici ölkələrə üz tutur. Onların diqqətini çəkən məqam isə hər şey daxil yəni, "Ultra all inclusive" paketlərdir. Bu paketlərə hər şey daxildir.
Bəs bu sistem ölkəmizdə niyə yoxdur?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, həmin paket olan ölkələrdə bu cür xidmətlər artıqlaması ilə mövcuddur:
"Nəzərə alsaq ki, Azərbaycanda 800 hotel var. Bu rəqabət üçün elə də böyük rəqəm deyil. Bayram günləri, qeyri-iş günlərində hotellər tez dolursa, sahibkar əlavə xərc çəkərək hər şey daxil sistemi ilə hər hansı xidmət təklif etməyinə ehtiyac qalmır".
Mövzu ilə bağlı hotel sahibi bildirib ki, bizim ölkədə buna tələbat zəifdir:
"Qonaq otaq sifariş verəndə biz ondan yemək soruşanda, onlar bizə cavab olaraq qeyd edirlər ki, gəlib yerində bunha qərar verərik. Bir sözlə bizim ölkədə hər şey daxil sisteminə tələbat zəifdir".
Qeyd edək ki, bu ilin yanvar may aylarında Azərbaycana 186 ölkədən 871.7 min nəfər yəni ötən illə müqayisədə 11 faiz az əcnəbi deməkdir. Onların ölkəmizə gəlib xərclədikləri pulun miqdarı da azalıb. Onlar ən çox pulu nəqliyyata xərcləyiblər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)