Oğuzda kişi kirayə qaldığı evdə öldü

6 İyul 2026 10:03

Oğuzda kişi kirayə qaldığı evdə ölüb.

Milli.Az xəbər verir ki, hadisə dünən Oğuzun Xaçmaz kəndində baş verib.

Əziz Qəhrəmanovun istirahət etmək məqsədilə günlük kirayə tutduğu evdə qəflətən halı pisləşərək ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)