Kiyev "İsgəndər"lə vuruldu: 10 ölü, 46 yaralı var

6 İyul 2026 09:47

Kiyevə kütləvi raket və dron zərbələri nəticəsində mülki insanlar arasında ölənlərin sayı 10 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində yazıb.

Kiyevin müxtəlif rayonlarında 20-ə yaxın ərazidə dağıntı qeydə alınıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Rəqəmlərin dəyişəcəyi istisna edilmir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)