Mixail Malkin Dünya kuboku seriyasının qalibidir

6 İyul 2026 00:05

Tamblinq üzrə milli komandamızın üzvü Mixail Malkin Dünya kuboku seriyasının qalibi olub.

Milli.Az xəbər verir ki, idmançımız mövsüm ərzində keçirilən Dünya kuboku yarışlarında nümayiş etdirdiyi yüksək və stabil nəticələr sayəsində bu möhtəşəm uğura imza atıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)