Aeroport yolunda zəncirvari qəza - (Video)

5 İyul 2026 21:47

Bakının Aeroport şossesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, hadisə zamanı dörd avtomobil toqquşub. Qəzada iştirak edən nəqliyyat vasitələrindən ikisi "Ford", biri "Changan", biri isə "Mercedes" markalıdır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)