Sabiq futbolçu karyerasını bərpa edir.
Milli.Az xəbər verir ki, almaniyalı müdafiəçi Niklas Züle karyerasını bitirmək qərarından daşınaraq, Almaniyanın doqquzuncu divizionunda çıxış edən "Tiefenbax" həvəskar klubuna qoşulur.
"Borussiya Dortmund"un sabiq müdafiəçisi bu addımı sırf iki ən yaxın dostu ilə birlikdə yenidən futboldan zövq almaq üçün atdığını bildirib:
"Futbolu yenidən tamamilə fərqli bir perspektivdən yaşayacağımı səbirsizliklə gözləyirəm. Burada hər şey biznes və ya pul deyil, sırf oyunun özü haqqındadır. Peşəkar futboldakı 13 ildən sonra meydanı yenidən dostlarımla bölüşmək və sadəcə bu möhtəşəm idman növündən həzz almaq mənim üçün bir hədiyyədir". (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)