Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yayılan görüntülərə görə, minik avtomobilinin sürücüsü əks hərəkət zolağına çıxaraq motosikletlə toqquşub.
Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)