Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)

5 İyul 2026 20:28

Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəvi şəkildə həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı gənc göldə çimərkən boğularaq ölüb.

Bildirilib ki, Fərman Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)