"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"

5 İyul 2026 18:57

"Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək? Siz özünüzə?".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Video yayımlayan sənətçi son günlər sosial şəbəkədə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən Qafarzadə sərt sözləri işlədib:

"Dediklərim 10-20 faiz yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa biri xanımlarınızı qarşısında oynadır, uşaqlarınız rəqs edir. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tərbiyəsizi, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Əgər bir az utanma hissiniz varsa... Biz kimi müdafiə edirik? Kimi? Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də pak deyilik, hər insanın bir günahı var. Amma bizim günahlar haradasa bağışlanmalıdır, sizinkini heç vaxt, nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Kim ki, mədəniyyətsizliyi, mənaviyyatsızlığı təbliğ edirsə, siz onun dostusunuz. Yazıq sizlərə. Diriykən ölmüşlər, diriykən lənətlənmişlər, diriykən cəhənnəmə düşmüşlər. Sosial şəbəkələr sizin iç üzünüzü açdı, nəyə qadir olduğunuz ortaya çıxdı. Allahın yadından çıxmış bəndələr". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)