Zaur hamını aldatdı: Qəzaya düşməyibmiş...

5 İyul 2026 15:13

Aparıcı Zaur Kamal ötən gün medianı və bütün izləyicilərini aldadıb.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, o, guya qəzaya düşməsi ilə bağlı paylaşım edib. Zaur 2020-ci ildə paytaxtda baş verən yol-nəqliyyat qəzalarından birinin fotosunu paylaşaraq "Bu da belə getdi" deyə bildirib.

Z. Kamal bununla da kifayətlənməyib "Axsam.az"a açıqlama verərək "qəza"nın Gəncəyə çataçatda baş verdiyini, özünün yaxşı olduğunu söyləyib.

Xəbərlərin paylaşımından sonra sözügedən fotonun 2020-ci ildə Bakıda qəzaya düşən "Mercedes Galendewagen" markalı avtomobilə məxsus olduğu üzə çıxıb

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)