Meyxanaçı Rüfət Nasosnu səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, o, aparıcı Səidə Bəkirqızının reabilitasiya mərkəzlərindən birinə qonaq qismində dəvət olunmasına sərt münasibət bildirib.
Rüfət Nasosnu qeyd edib ki, sosial şəbəkədə Səidə Bəkirqızının reabilitasiya mərkəzində çıxış etdiyini gördükdən sonra buna təəccüblənib. Onun sözlərinə görə, belə müəssisələrin rəhbərlərinin məhz hansı məqsədlə aparıcını dəvət etməsi onda sual yaradıb.
Meyxanaçı bildirib ki, əgər belə görüşlərə ehtiyac varsa, həmin sahədə təcrübəsi olan şəxslər dəvət edilməli, insanlarla fikir mübadiləsi aparılmalıdır.
O, Səidə Bəkirqızının bu mövzuda insanlara hansı formada təsir göstərə biləcəyini anlamadığını deyərək, hər kəsin öz peşəsi ilə məşğul olmasının daha doğru olduğunu vurğulayıb:
"Siz bu adamı niyə çağırmısınız bura? Televiziya mühəndisisənsə, get televiziya mühəndisliyini elə. Gördüm ki, Səidə Bəkirqızı reabilitasiya mərkəzlərindən birinə gedib, nəsə danışır. Məni maraqlandıran odur ki, həmin mərkəzin rəhbərləri bu adamı hansı məqsədlə çağırıblar? Lazımdırsa, bizi çağırın, söhbət edək, fikir mübadiləsi aparaq. Yoxsa Səidə Bəkirqızı hansı ibrətamiz hərəkəti və ya sözü ilə kimə təsir edəcək? Bu, onun işi deyil. Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Yaxşı, səni çağırırlar, bəs niyə gedirsən?".
Rüfət Nasosnunun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında onun fikirlərini dəstəkləyənlərlə yanaşı, fərqli mövqe nümayiş etdirənlər də olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)