Çin Xalq Respublikasının Şaocü Opera Sənəti Ansamblı Gəncə Dövlət Filarmoniyasında çıxış edib - FOTO

5 İyul 2026 13:24

Çin Xalq Respublikasının Şaocü Opera Sənəti Ansamblı XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çıxış edib.

XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı çərçivəsində Çin Xalq Respublikasını təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı "Yue operasının əbədi cazibəsi" adlı konsert proqramını təqdim edib.

Konsertdə Çin ənənəvi teatr sənətinin ayrılmaz hissəsi olan Şaocü və Yue operalarının özünəməxsus musiqi və ifaçılıq xüsusiyyətləri nümayiş etdirilib. Dünyanın 20-dən çox ölkəsində uğurla çıxış edən kollektivin təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)