“Toppuş bacı”nın ailəsində ağır itki - (Foto)

5 İyul 2026 11:49

Mərhum Əməkdar artist, Toppuş bacı kimi tanınan Tünzalə Əliyevanın qardaşı Elxan Sahib oğlu Bayramov vəfat edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, 58 yaşlı E. Bayramovun Moskvada ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Pagvision-un əldə etdiyi məlumata görə, onun nəşi Gəncəyə gətirilərək "İmamzadə" ziyarətgah kompleksinin qəbiristanlığında dəfn olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)