Mbappe ilə Kasares arasında gərgin anlar - (Video)

5 İyul 2026 11:50

Dünya çempionatının 1/8 finalında keçirilən Paraqvay - Fransa görüşündə ara qarışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 73-cü dəqiqədə komandalar su fasiləsinə yollanarkən fransızların kapitanı Kilian Mbappe və rəqib futbolçu Xuan Kasares arasında gərginlik yaşanıb.

Nəticədə onlar bir-birinə hücum çəkməyə çalışıb. Aranı isə hakim və digər futbolçular sakitləşdirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)