"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.
Bu barədə Milli.Az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)