Meyiti yaşadığı evin həyətindən tapıldı

5 İyul 2026 10:16

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb.

Mili.Az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)