Putin Trampla telefonla danışdı

5 İyul 2026 09:13

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Telefon danışığında Putin həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.

Uşakov qeyd edib ki, Vladimir Putin və Donald Tramp söhbət zamanı Ukrayna münaqişəsini də müzakirə ediblər:

"Prezidentlər, təbii ki, Ukrayna münaqişəsinin həlli mövzusuna, o cümlədən Donald Trampın 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirakı məsələsinə toxunublar".

Liderlər əlaqə saxlamağa və yaxın gələcəkdə yenidən bir-birlərinə zəng etməyə razılaşıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)