Kanadada qeydə alınan gərgin hadisə sosial şəbəkələrdə geniş maraq doğurub. İti ilə gəzintiyə çıxan qadın gözlənilmədən qrizli ayı ilə üz-üzə gəlib.
Milli.Az-ın məlumatına görə, hadisə zamanı təşvişə qapılmayan qadın soyuqqanlı davranaraq vəziyyəti nəzarətdə saxlamağa çalışıb. Onun düzgün reaksiyası nəticəsində həm özü, həm də iti təhlükədən xilas ola bilib.
Nəfəskəsən anları əks etdirən görüntülər qısa müddətdə internetdə yayılaraq milyonlarla baxış toplayıb. İzləyicilər qadının soyuqqanlı davranışını yüksək qiymətləndiriblər.
Mütəxəssislər isə bu hadisənin vəhşi heyvanlarla qarşılaşma zamanı düzgün davranışın nə qədər vacib olduğunu bir daha nümayiş etdirdiyini bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)