"Beşiktaş" klubu 20 milyon avroluq transferə hazırlaşır.
Milli.Az xəbər verir ki, "Arsenal"ın belçikalı hücumçusu Leandro Trosar karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
Hər iki klub arasında keçidlə bağlı tam razılıq əldə olunub.
Transferin dəyəri 18 milyon avro təşkil edir. Müqavilədə, həmçinin 2 milyon avro bonus da nəzərdə tutulub.
Yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)