Küləklə bağlı xəbərdarlıq edildi

4 İyul 2026 17:32

İyulun 5-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq, fasilələrlə əsəcəyi proqnozlaşdırılan qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)