ABŞ səfirliyi Azərbaycana təşəkkür edib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda Azərbaycandan 4 iyul münasibətilə təbriklərin qəbul edildiyi bildirilib.
"Bu gün Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasını böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq", - paylaşımda qeyd olunub.
Səfirlik vurğulayıb ki, bu görüntü ABŞ-Azərbaycan dostluğunun 30 ildən artıq tarixinin gözəl rəmzi, həmçinin avqustun 8-dən bəri iki ölkənin birlikdə əldə etdiyi irəliləyişin xatırlatmasıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)