İndoneziyada oğruları görün günə saldılar

4 İyul 2026 16:27

İndoneziyada davamlı oğurluq hadisələrindən bezən ev sahibi və qonşuları oğrular üçün pusqu qurublar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib.

Məlumata görə, sakinlər əraziyə gələn dörd nəfəri yaxalayaraq onları yapışqan lentlə (skoç) bağlayıblar. Daha sonra şübhəlilər polis əməkdaşlarına təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)