Sumqayıtda gənc qız çimərlikdə boğuldu

4 İyul 2026 11:22

Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub.

Milli.Az xəbər verir ki, hadisə iyulun 3-də Sahil küçəsində yerləşən çimərlikdə baş verib.

Məlumata görə, 20 yaşlı şəhər sakini Məryəm Kamil qızı İsmayılovanın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)