Türkiyənin tanınmış aktrisası Nebahat Çehrenin yeni layihəsi məlum olub. Uzun müddətdir televiziya və kino sahəsindən gələn təklifləri qəbul etməyən sənətçi bu dəfə yeni serialda rol almağa razılıq verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nebahat Çehre "Poll Films" şirkətinin rəhbəri Polat Yağcı ilə razılıq əldə edib və "Star TV"də yayımlanacaq "Düğünümüz Var" serialının heyətinə qoşulub.
Komediya janrında çəkiləcək ekran işində aktrisa "Feryal" adlı, fərqli xüsusiyyətləri və gözlənilməz davranışları ilə seçilən obraza həyat verəcək.
Beləliklə, Nebahat Çehre uzun fasilədən sonra yenidən çəkiliş meydançasına qayıdaraq izləyicilərinin qarşısına yeni obrazla çıxmağa hazırlaşır.
Qeyd edək ki, aktrisa "Aşkı-Memnu" serialı ilə azərbaycanlı tamaşaçıların da sevgisini qazanmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)