Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

4 İyul 2026 22:56
Yayda kondisioneri 24-25°C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır.

Milli.Az xəbər verir ki, mütəxəssislər otağı əvvəlcədən sərinlətməyi, cihazın hava axınını birbaşa insanın üzərinə yönəltməməyi və çöldə hava çox isti olduqda temperaturu birdən-birə 18°C-yə endirməməyi tövsiyə edirlər. Kondisionerin havanı qurutduğunu da nəzərə almaq lazımdır, çünki bu, burun və boğazda quruluq yarada bilər.

Yataq otağında gecə saatlarında təxminən 24°C və səssiz (eko) rejimdən istifadə etmək, ofisdə isə temperaturu sabit saxlamaq daha məqsədəuyğun hesab olunur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)