Tanınmış jurnalist vəfat etdi - (Foto)

4 İyul 2026 09:49

Azərbaycanda tanınmış jurnalist vəfat edib.

Milli.Az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, jurnalist Ramiz Məşədihəsənli 68 yaşında ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Ramiz Məşədihəsənli İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Dövlət Televiziyasında, eləcə də müxtəlif televiziyalarda və media qurumlarında çalışıb.

Allah rəhmət eləsin.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)