Azərbaycanda müəllim vəfat etdi

4 İyul 2026 09:21

Azərbaycanda müəllim vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib.

O, uzun müddət məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)