67 yaşlı dünya ulduzu Madonna yeni görüntüləri ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, müğənninin paylaşdığı fotolarda fit bədən quruluşu və seçdiyi qısa geyim izləyicilərin diqqətindən yayınmayıb. Qısa zamanda yayılan görüntülər çoxsaylı bəyənmə və şərhlər toplayaraq gündəmə çevrilib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Madonnanın illərə meydan oxuyan görünüşünü yüksək qiymətləndirərək onu gənc qızlara nümunə göstərib. Bəzi izləyicilər isə sənətçinin enerjisi və fiziki formasının yaşına baxmayaraq heyranlıq doğurduğunu qeyd ediblər.
Müğənninin yeni paylaşımı sosial məkanında maraqla qarşılanıb və onun görünüşü ətrafında müxtəlif fikirlər olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)