Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"

3 İyul 2026 23:25

Aparıcı Mətanət Əliyeva ailəsindəki telefon asılılığından gileylənib.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, övladlarının telefondan ayrıla bilməməsindən şikayətlənib:

"Evə gedəndə telefona nadir hallarda baxaram. Telefona nifrət edirəm. Evdə baxıram ki, oğullarımın hərəsinin əlində bir telefon, oturublar. Deyirəm ki, salam, ananız gəldi.

Dünən isə gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki, mən evə gəlmişəm. Mənə yazır ki, evə gəlirsən? Dedim ki, sən telefonda ayılsan, bilərsən ki, anan artıq iki saatdır evdədir. Necə əsəbiləşdimsə...". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)