Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisinin adı məlum olub.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, avstraliyalı mütəxəssis Angelos Postekoqlu klubla 2 illik müqavilə imzalayıb.
O, bu postda portuqaliyalı Jorje Jezuşu əvəz edib.
Qeyd edək ki, "Əl-Nəsr" Kristiano Ronaldonun 2023-cü ildə heyətə qoşulmasından sonra ilk dəfə ölkə çempionluğunu qazanmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)