Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi

3 İyul 2026 22:10

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. 

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)