Xalq artisti Elçin Haşımovun qızı Kubra məzun olub.
Milli.Az xəbər verir ki, musiqiçi bununla bağlı özü paylaşım edib. O, bildirib ki, övladı Bakı Musiqi Akademiyasını bitirib.
Övladı ilə foto paylaşan E.Haşımov "1997-ci ildə mən, indi isə qızım Üzeyir Hacıbəyovun qurduğu bu müqəddəs musiqi ocağının məzunu oldu" deyə, bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)