Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 153-cü teatr mövsümünü "Qarabağnamə" tamaşası ilə başa vurub.
Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Məsmə Ağaverdiyeva, Elxan Quliyev, Aslan Şirin , Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova , Elsevər Rəhimov, Nəzrin Abdullayeva, Tural İbrahimov, Cavidan Novruz, Firuzə Balayeva, Rəbbilə Ələkbər-zadə, Nərminə Məhərrəmova ifa edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az