Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)

3 İyul 2026 19:30

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində qəza edib. Nəticədə avtomobil yoldan çıxaraq dəmir bardurlara dəyib. 

Qəza zamanı sürücü baş nahiyəsindən yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif:  Aysel Əkbər (Milli.Az redaktor)