Bərdə-Ağdam-Xankəndi yolunda ağır qəza - 5 nəfər xəsarət alıb

3 İyul 2026 18:50

Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", məlumatda deyilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)