Bakıda "Changan" aşdı: Yaralananlar var - (Foto)

3 İyul 2026 15:47

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə 4-cü mikrorayon dairəsi adlanan ərazinin yaxınlığında qeydə alınıb.

Kadrlardan da göründüyü kimi, "Çanqan" markalı minik avtomobili aşıb. Onun taksi xidməti göstərdiyi məlum olub. Nəticədə avtomobildə olan iki sərnişinin xəsarət aldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)