Massimiliano Alleqrinin yeni iş yeri bəlli oldu

3 İyul 2026 13:36

İtaliyanın "Napoli" klubu əsas komandanın baş məşqçi postuna Massimiliano Alleqrinin gətirildiyini rəsmən açıqlayıb.

Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, təcrübəli mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Massimiliano Alleqri üçün "Napoli" tanış komandadır. O, futbolçu karyerası ərzində 1997/1998 mövsümündə Neapol təmsilçisinin formasını geyinib. Məşqçilik fəaliyyətinə isə 2003/2004 mövsümündə başlayıb.

Qeyd edək ki, Massimiliano Alleqri ötən mövsüm "Milan"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda İtaliya çempionatını 5-ci pillədə başa vurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)