Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

3 İyul 2026 13:20

Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)